30 Avqust 15:02
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

30.08.2024-cü il tarixində saat 01:00 radələrində Göygöl rayonu Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Teleqraf.com "Report"a istinadla xəbərverir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

"Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.

***

14:13

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin məlumata görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını yuduqları mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatdan zəhərlənib. Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər