14 Sentyabr 19:36
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

***

Ağdərədə ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ağdərə-Tərtər avtomobil yolunda qeydə alınıb.

Nəqliyyat vasitəsinin aşması nəticəsində 1 nəfər həlak olub.

Qəza nəticəsində 1983-cü il təvəllüdlü Gədəbəy rayon sakini Allahverdiyev Elsevər Qəşəm oğlu həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər