2 Oktyabr 18:36
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, gəmi Rostov-na-Dondan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, naviqasiya pozulmayıb. Onu sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər