Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə "yox" cavabı verib.
Teleqraf.com xəbər verir ki, BŞİH-in Milli Şuraya göndərdiyi cavab məktubu sosial şəbəkələrdə yayılıb və məktubda bildirilir ki, mitinqi təklif oluan məkanda keçirmək məqsədə uyğun deyil. BŞİH bunun səbəbini hazırda stadionda təmir-tikinti işlərinin davam etməsi ilə əlaqələndirib.
Qeyd edək ki, AXCP-nin təklifi ilə martın 15-də mitinq keçirməyə qərar verən Milli Şura bir neçə gün əvvəl icazə üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciətdə mitinqin saat 15:00-da “Məhsul” stadionunda keçiriləcəyi bildirilirdi.
Ayxan