Milli Şura yenə də toplaşmaq problemi yaşayır. Səbəb isə bütün üzvlərinin iştirakı ilə sessiyanın keçirilə bilinməməsidir. Bu haqda Milli Şura üzvü məlumat verib.
Qeyd edilir ki, artıq Milli Şuranın iclası xeyli müddətdir ki, keçirilmir. Əsasnaməyə görə isə bu qurumun sessiyası bir aydan gec olmayaraq keçirilməlidir. Üstəlik mitinq və digər mühüm qərarlar da sessiyada müzakirə edildikdən sonra verilməlidir. İndilikdə isə görünən budur ki, qərarlar sessiyanın deyil, Milli Şuranın Koordinasiya Mərkəzinin adından verilir, lakin Milli Şuranın qərarı kimi təqdim edilir.
Bu isə bir çox bitərəf üzvlər tərəfindən narazılığa səbəb olur. Çünki çoxlu sayda üzv Koordinasiya Şurasında təmsil olunmur.
Cavidan