“Regionların sosial-iqtisadi inkişafı çərçivəsində bölgələrdə sənaye müəssisələrinin yaradılması çox əhəmiyyətlidir. Son illər ölkədə müəssisələrin böyük hissəsi regionların payına düşür”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, bu, bölgə əhalisinin işlə təminatı baxımdan ciddi fakt olmaqla yanaşı bütövlükdə qeyri-neft sektorunun inkişafında mühüm amildir. Onun sözlərinə görə, son illərdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də, neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur.
“Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun daha da inkişafı üçün böyük potensial mövcuddur. Bilirsiniz ki, bölgələrdə sənaye məhəllələri yaradılacaq. Bu da sənaye sahəsinin inkişafına ciddi təkan verəcək. Eyni zamanda, kənd təsərrüfatının, turizmin inkişafı üçün ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar nəticə etibarilə qeyr-neft sektorunun ÜDM-də payının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”, – deyə S.Hüseynova qeyd edib.
Səxavət