Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Adıyaman bələdiyyəsinin başqanı Fehmi Hüsrev Kutlu ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Adıyamanla Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Adıyamanın mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və Adıyaman bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
Azərbaycanı sevdiyini deyən Adıyaman bələdiyyə başqanı Fehmi Hüsrev Kutlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Adıyaman bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Adıyaman bələdiyyə başqanı Fehmi Hüsrev Kutlu hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Adıyamanda Qarabağ adını daşıyan parkın olması təklifini müsbət qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını deyib.
Qənirə Paşayevanı Türkiyədə ilin ən uğurlu millət vəkili mükafatına layiq görülməsindən dolayı təbrik edən bələdiyyə başqanı sizi hər zaman Adıyamanda görməkdən çox şadıq deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissəsələrində Adıyamanın da yer alacağını bildirib və Azərbaycan insanına Adıyamanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Adıyaman bələdiyyə başqanı Fehmi Hüsrev Kutlu və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Adıyaman bələdiyyə başqanı Fehmi Hüsrev Kutlu Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Adıyaman bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə Adıyamanı tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.