Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Musa Qasımlı IV Dünya Türk Forumunda iştirak etmək üçün aprelin 23-dən 26-dək Türkiyədə səfərdə olacaq. İstanbul şəhərində keçiriləcək tədbir Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə hazırlanıb.
Türksoy xalqları nümayəndələrinin qatılacağı tədbirdə türk dünyası birliyinin gücləndirilməsindən, uğur və nailiyyətlərdən danışılacaq, bəzi problemlər müzakirə ediləcək.