28 Aprel 2015 18:44
606

Hazırda dini radikalizm öz pik həddindədir. Yaxın Şərqdə radikalizmlə bağlı ciddi problemlər var. Bunlar dövlət idarəçiliyinin çatışmazlığından, izolyasiya və təhsilin çatışmazlığından irəli gəlir".

Trend xəbər verir ki, bunu İordaniya Krallığının sabiq Baş naziri Taher Masri III Qlobal Açıq Cəmiyyətlər Forumunda "Radikallaşma" mövzusunda keçirilən paneldə bildirib.

Onun fikrincə, radikalizmin bir hissəsi Fələstin məsələsi ilə bağlıdır: "Biz bu məsələni həll etsək, regionda baş verən radikalizmi yarıyadək azalda bilərik. Qüdsün etnik tərkibinin dəyişdirilməsinə cəhd edilir, problem daha da dərinləşir və bu da regiona təsir edir. Dünya ictimaiyyəti bu məsələnin həlli ilə yaxından məşğul olmalıdır. Burada Avropanın böyük rolu var. Bu, problemlərin həllinə böyük təsir göstərə bilər".

T.Masri hesab edir ki, qeyri-leqal miqrasiya məsələsi də ciddi narahatlıq doğurur: "Suriyadan, İraqdan insanlar Avropaya getmək istəyir, yolda, dənizdə ölürlər. Ona görə də sistemdə dəyişiklik etmək lazımdır. Təəssüf ki, bir çox qüvvələr öz təsirini göstərirlər, amma dini liderlər öz vacib rollarını oynamırlar. Ekstremistlər bizim mədəni ənənələri əks etdirmirlər. Biz bunlarla mübarizə aparmalıyıq. Amma beynəlxalq ictimaiyyətin də köməyi lazımdır. Bu kimi qruplaşmalar tam dini xarakter daşımır. Onlar xaricdən maliyyə alırlar, onlarla əlaqələri var. Ona görə də Avropa ölkələri bu işdə yaxından iştirak etməlidir. Onlar hökumətlərə bu problemi həll etməkdə kömək etməlidirlər".

Sabiq Baş nazir qeyd edib ki, İordaniyaya da kənardan və ölkə daxilindən çoxlu təsirlər var: "Lakin ölkə təhlükəsizlik və stabilliyini qorumağa çalışır, iqtisadi inkişafa, təhsilə xüsusi önəm verir".


Müəllif: