Enerji təhlükəsizliyi Avropa üçün prioritet məsələlərdən biridir və bununla əlaqədar Azərbaycan daha vacib rol oynayır.
Bunu Trend-ə Macarıstanın keçmiş Baş naziri Peter Medeşi deyib.
Onun sözlərinə görə, Avropaya müstəqil enerji mənbələri lazımdır və Azərbaycan bunlardan biridir.
P.Medeşi qeyd edib ki, son bir neçə il ərzində Azərbaycanda xeyli sayda müsbət dəyişikliklər baş verib: "Bunu ölkəyə hər səfərdə müşahidə etmək olar".