8 May 2015 16:00
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi beynəlxalq təşkilatlar Azərbaycanaə təzyiq etmək istəyirlər”.

Bu fikirləri “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Koalisiyası tərəfindən “Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi” mövzusunda keçirilən dəyirmi masada “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı münaqişəyə dünya dövlətləri tərəfindən ikili standartlarla yanaşma var: “Dağlıq Qarabağla Krımı müqayisə edərkən açıq şəkildə Krıma qarşı daha diqqətlə yanaşılır, Krımın ilhaqı bəyan edilir. Lakin Qərb dövlətləri Dağlıq Qarabağdakı qondarma rejimi tanımadıqlarını bəyan etsələr də, əl altdan ona köməklik göstərirlər. Əminəm ki, Azərbaycan ona qarşı olan bu ikili standartlara baxmayaraq, öz yolunda davam edəcək”.

BƏXTİYAR


Müəllif: