18 May 2015 17:09
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının “İdman üzrə genişləndirilmiş müqavilə” qurumunun İdarə Heyətinin iclasında iştirak etmək üçün mayın 19-da Fransaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Avropa Şurasının Strasburq şəhərində yerləşən Baş qərargahının binasında keçiriləcək toplantıda dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edəcək. Tədbir iştirakçıları bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədəki yeniliklər və bir sıra cari məsələlərlə bağlı müzakirələr aparacaqlar.

Deputatımız müzakirələr zamanı gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizdə idman sahəsinin qanunvericilik bazasının təkmilləşdirilməsi, bu ilin yayında keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verəcək. Səfər mayın 22-də başa çatacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər