Azərbaycan prezidenti İlham Əliyev kamerunlu həmkarı Pol Biyanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, Kamerun Respublikasının milli bayramı – Respublika günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Kamerun xalqına əmin-amanlıq və rifah diləyirəm”.