26 May 2015 12:11
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini Əli Əhmədov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, səfir iki ölkənin dostluq münasibətlərini xatırladaraq, Fransa ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycanla Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən baş nazirin müavini Ə.Əhmədov qarşılıqlı münasibətlərin bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd edib, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. Azərbaycanla Fransa arasında sosial sahədə də əməkdaşlığın genişləndiyini deyən Ə.Əhmədov çoxlu sayda fransız şirkətlərinin ölkəmizdəki fəaliyyətinin və onların bu sahəyə verdiyi töhfənin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Fransa şirkətlərinin Azərbaycanın səhiyyə müəssisələrinin inkişafına dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər