2 İyun 2015 11:18
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2015 və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2015 sərgilərinin açılış mərasimində iştirak edir.

Teleqraf.com-un məlumatına görə, İlham Əliyev açılış mərasimində çıxış edib. Əvvəlcə dövlət başçısı tədbir iştirakçılarını salamlayıb:

“Əziz qonaqlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Qonaqlara Azərbaycana xoş gəlmişsiniz deyirəm. Bu gün Xəzər Neft-Qaz Sərgisinin açılışı münasibəti ilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu sərginin ölkəmizin həyatında çox böyük rolu vardır. 1-ci sərginin 1994-cü ildə keçirilməsi çox əlamətdar hadisə idi. Çünki o vaxt Azərbaycan çox gənc müstəqil dövlət idi və məhz 1994-cü ildən sonra Azərbaycanda inkişafa doğru ciddi addımlar atılmağa başlamışdı. Müstəqilliyimiz 1991-ci ildə bərpa edilmişdir, ancaq 91-93-cü illərdə vəziyyət çox ağır idi, ölkəmizi böhran bürümüşdü, həm siyasi, həm iqtisadi, hərbi böhran, iqtisadiyyat iflic vəziyyətdə idi və sənaye istehsalında, o cümlədən neft hasilatında tənəzzül müşahidə edilirdi. Ona görə 1994-cü ildə birinci sərginin keçirilməsi Azərbaycanı dünyaya təqdim etdi, tanıtdı”.

Dövlət başçısı sərginin təşkilatçılarına öz minnətdarlığını bildirib: “Mən sərginin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar 22 il ərzində bu sərgini təşkil edirlər. Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirirlər və bizimlə bərabər tərəfdaşlıq şəraitində fəal işləyirlər ki, Azərbaycan daha da sürətlə inkişaf etsin. Artıq qeyd edildiyi kimi sərgidə 300-dən çox şirkət iştirak edir. Bu onu göstərir ki, baxmayaraq ki, birinci sərgidən 22 il ötür, sərgiyə maraq azalmır və beləliklə Azərbaycan dünyaya öz imkanlarını təqdim etməyə davam edir. 1994-cü ildə birinci sərginin keçirilməsindən sonra Azərbaycanın yeni neft strategiyası formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir”.


Müəllif:

Oxşar xəbərlər