5 İyun 2015 08:35
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ABŞ öz müttəfiqləri barəsində birmənalı xarici siyasət yeritmir. Bu sözləri Kaliforniya Universitetinin professoru Norma Zager Amerikanın “The Washington Times” qəzetində dərc olunmuş məqaləsində yazıb.

N.Zager bir çox misallar əsasında Azərbaycanı Birləşmiş Ştatların etibarlı və sədaqətli müttəfiqi adlandırır, lakin bildirir ki, Vaşinqton onun problemlərinə göz yumur. ABŞ Azərbaycanın Ermənistanı BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının geri qaytarılmasına, işğala və təcavüzə son qoyulmasına çağıran qətnamələrini yerinə yetirməyə məcbur etmək üçün ona təsir göstərmək çağırışlarına qulaq asmaq istəmir.

Müəllifin sözlərinə görə, bu gün Birləşmiş Ştatlar Rusiyanı Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırır, lakin Azərbaycan barəsində haqsızlığı nəzərdən qaçırır. O yazır: “Hətta Ermənistan tərəfinin təkrar təcavüz aktları pislənilmir”.

Müəllifin qeyd etdiyinə görə, son illər Azərbaycan dəfələrlə tənqidə məruz qalıb və təəssüf ki, vətəndaş cəmiyyətinin qurulmasında, ölkənin həyatının yaxşılaşdırılmasına yönəldilmiş sabit və uzunmüddətli inkişaf üçün zəmin yaradılmasında Azərbaycanın xidmətləri çox az hallarda etiraf edilir.


Müəllif:

Oxşar xəbərlər