Müsavat Partiyasında “mühacir biznesi" qalmaqalı böyüyür. Mühacirlərə saxta sənədin verilməsində konkret şəxslərin adları açıqlansa da, partiya rəhbərləri məsuliyyəti öz üzərlərindən atırlar.
Müsavat Partiyasındakı "arayış alveri" qalmaqalına partiyanın keçmiş başqanı İsa Qəmbəri də münasibət bildirib. O, sosial şəbəkədəki şəxsi səhifəsində bildirib:
“Yazıda ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: "Və məni partiyaya apardılar, orada qapıda gözlədim. Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər".
...apardılar, ...bildirildi, ...zəng gəldi, ...qovluq verdilər... Kim? Kimlər?
Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar. Biz hər növ saxtakarlığa qarşı mübarizə aparmalıyıq və aparacağıq”.
Qeyd edək ki, keçmiş başqandan öncə isə partiyanın İcra Aparatı məsələ ilə bağlı bəyanat yayaraq Elnur Mirzəyevin ittihamlarının əsassız olduğunu qeyd edib.
Ayxan