18 İyun 2015 22:54
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birlik “Yeni texnologiyalardan istifadənin təbliği” layihəsinə start verib

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeni texnologiyalardan istifadənin təbliği” adlı layihənin icrasına başlanıb.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, layihə Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalibi olmuş Əliyev Vüsal Fəxrəddin oğlu tərəfindən icra olunur. Layihənin əsas məqsədi ən yeni texnologiyaların gənclər arasında təbliği, günün tələbatına uyğun olaraq gənclərin adaptasiyası və gənclərin maarifləndirilməsindən ibarətdir.

“Yeni texnologiyalardan istifadənin təbliği” layihəsi dövrümüzdə ixtira olunan ən yeni texnologiyaların cəmiyyətdə öyrənilməsi və istifadəsini təbliğ etməyi nəzərdə tutan irimiqyaslı layihədir. Layihənin açılış tədbirində Gənclər Fondunun əməkdaşları ilə yanaşı texnologiya sahəsi ilə bağlı olan müəssisələrin işçiləri, dövlət qurumlarından qonaqlar iştirak ediblər.

Açılışda Yeni Azərbaycan Partiyası Gənclər Birliyin sədri, Siyasi Şuranın üzvü Seymur Orucov, birlik üzvləri Rasim Səfərov və Vüsal Əliyev çıxış edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər