“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verib,
Teleqraf.com-un xəbərinə görə, bu barədə Müsavat başqanı Arif Hacılı Facebook sosial şəbəkəsində bildirib: "Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arqument.az-a açıqlamasında istefasını təsdiq edib: “Arif bəy yazıb zatən. 15 iyuldan rəsmi olaraq Müsavat Partiyasının üzvü deyiləm”, - baş redaktor vurğulayıb.
Qeyd edək ki, musavat.com saytında Rauf Arifoğlunun istefa ərizəsinin mətni yayılıb.
Nihad