Qiyamçı polkovnik Surət Hüseynov sabiq Baş prokuror İxtiyar Şirinə etiraz edib.
Hazırda siyasətlə məşğul olmayan, harada yaşadığı bilinməyən S.Hüseynov bəyan edib ki, əgər kimsə uğursuzluqlarını 22 il əvvəl baş verən hadisə ilə izah edirsə, həmin şəxs də tarixin arxivinə gedəcək.
S.Hüseynov qeyd edib ki, həmin vaxt İxtiyar Şirin, Sülhəddin Əkbər və Qabil Məmmədovla söhbəti olub. Hər üç şəxs ona deyib ki, ona qarşı münasibət səhv olub. Hüseynov daha sonra qeyd edib ki, İxtiyar Şirin mərhum Prezident Əbülfəz Elçibəyin həbsinə dair sanksiyanı onun yanında yazmayıb: "Bunu mənə Əli Ömərov göstərmişdi". Qiyamçı polkovnik daha sonra qeyd edib ki, siyasətə gəlmək istəmirmiş, sadəcə, müharibədən sonra rəhbəri olduğu zavoddakı işinə qayıtmağı düşünürmüş.
Cavidan