Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyi ilə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ofisində baş tutan görüşdə AMİP sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə və partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayev təmsil edib.
Görüş zamanı əsasən Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyət, eləcə də AMİP-in seçkilərdə iştirakı müzakirə olunub. Eyni zamanda Azərbaycanın Avropa məkanına inteqrasiyası, bu istiqamətdə siyasi partiyaların rolu və AMİP-in beynəlxalq əlaqələri ilə əlaqədar məsələlər müzakirə obyekti olub.
Nərgiz