15 Sentyabr 2015 15:19
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası olub. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, İdarə Heyətinin üzvləri Bakının işağladan azad edilməsinin 97-ci ildönümü münasibəti ilə Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin xatirəsi sayğıyla anıblar. İdarə Heyəti bu şərəfli tarixi gün münasibətilə Azərbaycan xalqını təbrik edib.

BAXCP İdarə Heyəti yeni dərs ilinin başlaması və Bilik Günü münasibətilə övladları orta məktəbin 1-ci sinifinə gedən valideyinləri, ali və orta ixtisas məktəblərinə qəbul olunmuş şəxslərin doğmalarını və bütün təhsil işçilərinə təbrik ünvanlayıb.

Hökuməti təhsil sahəsində ciddi islahatlar aparmağa çağıran BAXCP İdarə Heyəti, bununla yanaşı, təhsildə fasiləsizliyin təmin olunması və təhsilin səviyyəsinin qaldırılması üçün uzunmüddətli yay tətilindən imtina edilməsinin vacibliyini vurğulayıb. BAXCP İdarə Heyəti hesab edir ki, yay tətili üçün 45, qış tətili üçün isə maksimum 10 gün müəyyənləşdirilməlidir.

Nemət


Müəllif:

Oxşar xəbərlər