23 Sentyabr 2015 14:49
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, partiyanın irəli sürdüyü namizədlərin bir qisminin də iştirak etdiyi iclasda 01 noyabr 2015-ci il tarixli parlament seçkiləri əsas müzakirə mövzusu olub. İclasda AMİP rəhbərliyinin son günlər ərzində Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Böyük Britaniyanın və ABŞ-ın Azərbaycandakı səfirləri, AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri ilə görüşləri, eləcə də seçkilərə hazırlıqla bağlı məsələlər, imza toplama kompaniyası və ayrı-ayrı seçki dairələri üzrə mövcud durum barədə məlumatlar dinlənilib.

ATƏT DTİHB-nin seçkilərə müşahidə missiyası göndərməkdən imtina qərarı iclas iştirakçıları tərəfindən təəssüf hissi ilə qeyd edilib, daxil olan məlumatlara əsasən artıq bir çox yerlərdə bəlli namizədlərin xeyrinə addımların atılması narahatlıq kimi qiymətləndirilib.

Eyni zamanda Siyasi Şura üzvləri və bəzi namizədlər seçkilərlə bağlı müəyyən fikirlər səsləndirilib, seçkidə iştirakı dayandırmağı təklif ediblər. Lakin sonda qərara gəlinib ki, məlumatlar diqqətlə araşdırılsın. Əgər ehtiyac yaranarsa AMİP namizədlərinin seçkilərdə iştirakı məsələsinə yenidən baxıla bilər.

Cavidan


Müəllif: