9 Oktyabr 2015 13:32
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadə Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahanın “Mənə bildirdilər ki, üç ay əvvəl deputatlar təyin edilib” fikrinə münasibət bildirib.

Millət vəkili Teleqraf.com-a bildirib ki, seçkilər keçirilməmiş hər hansı yekundan danışmaq olmaz: “Elza xanımı biz çox dəyərli bir sənətkar, səhnəmizin sevilən müğənnisi kimi tanıyırıq və onun yaradıcılığı cəmiyyətin diqqət mərkəzindədir. Bundan sonra da ona yaradıcılığında uğurlar arzu edirəm. Seçkiyə qatılmaq bir vətəndaş kimi onun da hüquqdur. Şabran-Siyəzən seçki dairəsindən qeydiyyata alınmamasına dairə seçki komissiyası daha düzgün cavab verə bilər. Siyahı məsələsinə gəlincə, bunun heç bir əsası yoxdur. Azərbaycanda seçkilər rəqabət şəraitində keçirilir. Bu gündən təbliğat kampaniyası başlayır. İndidən hər bir namizəd özünün bacarığını ortaya qoymağa başlayır”.

Qeyd edək ki, Şabran-Siyəzən seçki dairəsindən bildirilib ki, Elza Seyidcahan yetərincə imza toplaya bilmədiyinə görə namizədliyi qeydə alınmayıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər