20 Oktyabr 2015 13:35
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu bardə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O deyib ki, prezident son müşavirə zamanı geniş nitq söyləyib, vergi mədəniyyətinin yaradılması, qeyri-neft sektorunun inkişafını vacib sayıb: "Cənab prezidentin təşəbbüsü ilə parlamentə təqdim edilən qanun layuhəsində Vergi Məcəlləsinə 25 dəyişiklik təklif edilir.

Bundan başqa, dəyişikliklərdə ali təhsil haqqının əlavə dəyər vergisindən azad edilməsi, fiziki şəxslər üçün 14 faizlik vergi həddinin aylıq, 2000 manatdan 2500 manatadək artırılması, aylıq gəlirin 2500 manatdan yuxarı olan hissəsindən tutulan gəlir vergisinin isə 30 faizdən 25 faizədək azaldılması nəzərdə tutulub. Eyni zamanda bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi prosesinə cəlb ediləcək".


Millət vəkili Qüdrət Həsənquliyev bəyan edib ki, bu dəyişikliklərə səs verəcək: “Neftin qiymətinin dünya bazarında aşağı düşdüyü dövrdə hökumətin büdcə gəlirlərinin artırmaq üçün atdığı addımlar anlaşılandır. Mən dəyişikliklərə səs verəcəyəm və bunu qəbul edirəm. Ancaq neftin qiyməti nə qədər aşağı düşsə də, bu gəlirli sahə olaraq qalır. Neftin dənizdən çıxarılması əgər 7-8 dollara başa gəlirsə, burda 20-24 dollar arasında dəyişir. Azərbaycan nefti isə dünya bazarında 50 dollara satılır. Belə olan təqdirdə 164.1-ci maddədə qeyd edilir ki, ixrac məqsədilə neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar müvafiq icra hakimiyyəti orqanı tərəfində ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasından idxal olunan avadanlıq və materialların təsdiq edilən siyahısı müvafiq gömrük orqanlarına təqdim edildikdə vergidən azad edilir. Mənə maraqlıdır, niyə? Mən anlayıram ki, biz vaxtilə əsrin müqaviləsi imzalananda, ondan sonrakı dönəmdə Azərbaycana investisiya cəlb etmək məqsədilə xarici şirkətlərlə müqavilələr imzalamışıq. Və bu zaman da güzəştlər nəzərdə tutulub. Hesab edirəm ki, bu şirkətlər rentabelli və gəlirli sahələrdə işləyirlər. Belə olan halda biz niyə bu şirkətləri vergidən azad etməliyik. Mən hesab edirəm ki, bu maddə dəyişiklikdən çıxarılmalıdır”.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, dəyişikliklərdə əsas məqsəd Azərbaycan vətəndaşlarının iş yeri qazanmasıdır.

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı “İcra haqqında”, Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu dəyişiklik vergi səmərəliyinin artmasına hesablanıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər