Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası arasında münasibətlərə son verilir.
Bu haqda adının çəkilməsini istəməyən ADP funksioneri bildirib. Onun sözlərinə görə, Ümid Partiyası ilə əməkdaşlıq ADP-nin əleyhinə işləyib.
Yəni, bu müddətdə partiyanın ictimai nüfuzu kifayət qədər aşağı düşüb, AXCP və Müsavatla münasibətlərin pozulmasına gətirib çıxarıb.
Əlavə olunub ki, hazırda ADP ilə Ümidin əməkdaşlıq etdiyi “Qarabağ” Siyasi Bloku fəaliyyətini dayandırıb. Nəzərdə tutulurdu ki, blok seçkilərdən dərhal sonra fəaliyyətini davam etdirmək qərarına gəlibmiş. Lakin ADP bu mövqeyindən geri çəkilib və hesab edib ki, daha Ümidlə əməkdaşlığa getmək onun maraqlarına ziddir. Bu məqsədlə də, qərara alınıb ki, seçkilərdən dərhal sonra “Qarabağ” blokunun buraxılması elan edilsin.
Cavidan