24 Oktyabr 2015 15:31
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyi irəli sürülən Ağalar Vəliyevin təliğat-təşviqat kampaniyası davam edir.

Namizədin seçki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində növbəti görüş Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində keçirilib.

Görüşdən əvvəl deputatlığa namizəd Ağalar Vəliyev seçki qərərgahı üzvləri ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbə mərkəzində ucaldılmış ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Çoxsaylı seçicilərin iştirak etdiyi görüşdə Azərbaycanın Beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan, sürətlə inkişaf edən iqtisadi inkişafından, uğurlu xarici siyasət xəttindən bəhs edilib.
Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının və rayon seçki qərərgahının sədri İsgəndər Quliyev parlament seçkiləri ərəfəsində görülən işlərdən danışıb. O, deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin ötən 5 ildəki fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.

Deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında geniş çıxış edib. Namizəd seçicilərin ona etimad göstərəcəyi təqdirdə ötən 5 ildə olduğu kimi, növbəti 5 ildə də 97 saylı dairənin seçicilərinin səsi olacağına söz verib.

Yeni İmamqulubəyli qəsəbə sakinləri Baxşeyiş Hətəmov, Habil Abbasov, İldırım İbayev və başqaları çıxış edərək səsvermədə yalnız Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevi dəstəkləyəcəklərini bildiriblər.

Ağalar Vəliyev Ağdamda görüşlərini davam etdirir-FOTOlar

Müəllif: