31 Oktyabr 2015 19:09
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətdə təmsil olunan siyasi qüvvələr arasında qarşıdurma seçkidən əvvəl kəskinləşib. Ötən illərdəki təcrübəyə əsasən, qarşıdurmanın, ittihamların və bir-birinə qarşı təhqirlərin seçkidən dərhal sonra baş verəcəyi gözlənilirdi. Lakin indi vəziyyət bir qədər dəyişib. Müxalifət düşərgəsinin üzdə olan təşkilatları bir-birlərinə qarşı çıxışlar edirlər.

Müşahidələr göstərir ki, indi də Respublikaçı Alternativ Hərəkatı (REAL) ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında münasibətlər kəskinləşib. Buna səbəb REAL-ın seçkilərdə iştirakıdır. Müsavatın son addımından sonra ruhlanan AXCP REAL-ın da onun istədiyi addımları atmasına çalışır.
Dünən REAL-ın icraçı katibi Natiq Cəfərli sosial şəbəkələrdə bu məsələyə münasibət bildirib, bu qüvvələri kəskin tənqid edib: "İki gündür tez-tez mövqe dəyişənlər, mövqesizlikdən və dəyərlərin aşınmasından əziyyət çəkənlər, oxuduqlarını anlamayanlar bizi, REAL Hərəkatını tənqid edirlər. Biz həmişə sağlam tənqidin tərəfdarı olmuşuq, amma tənqidin də bir tutarı, arqumenti olmalıdır. Biz verdiyimiz qərarların hamısının arxasındayıq, həmişə də doğru mövqedə olduğumuzu sonradan zaman sübut edib. Siyasi karyeraları boyu bir cəbhədən o biri cəbhəyə qaçanlar, tez-tez yerini dəyişənlər, ən məsuliyyətli zamanlarda parlamentdə əyləşənlər indi bizə irad bildirməyə çalışır. Oxumaq çətindirsə, onlara həm mətn, həm də video formatında seçki prosesinin ilk günündən bu günə olan mövqeyimizi təqdim edirəm, bir yerdə tutarsızlıq, dəyişkənlik, geriçəkilmə görsələr, bu gün siyasətdən getməyə hazıram".

N.Cəfərli qeyd edib ki, özü bilərəkdən daha çox video material yayıb ki, oxuyub anlamayanlar, bəlkə, izləyib anlayalar: "Bu dəfə də başa düşməsələr, deməli, etdikləri qərəzdir, bir mərkəzdən idarəedilən hücumdur. O zaman daha detallı, adla, faktlarla yeni bir məqalə yazacağam. Bəziləri elə bilir ki, hamı onların çaldığı havaya oynamalıdır, gedin özünüz çalın, özünüz də oynayın".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər