30 Noyabr 2015 10:56
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-da Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib.

Partiyadan Teleqraf.com-a verilən məlumata görə, Plenumda 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında keçirilmiş parlament seçkilərinin nəticələri, AKP-nin XXXVIII(V) qurultayına hazırlığın vəziyyəti və Azərbaycan KP MK-nın 2016-cı il üçün iş planı geniş müzakirə olunub. AKP MK-nın qarşıdan gələn il üçün iş planı əlavə təkliflər də nəzərə alınmaqla yekdilliklə təsdiq edilib.

Plenumda KPİ-Sov. İKP İcrayyə komutəsinin üzvü, AKP MK sədri Rauf Qurbanov geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında KPİ - Sov. İKP Mərkəzi Şurasının üzvülüyünə namizəd, AKP MK sədrinin müavini Fikrət Rəşidov, AKP Suraxanı Rayon Komitəsinin birinci katibi Əhmədağa Cavadov, AKP Xətai Rayon Komitəsinin katibi Firuddin Haşımov, AKP Nizami Rayon Komitəsinin birinci katibi Nizami Abbasov, KPİ- Sov. İKP Siyasi Şurasının üzvü, AKP Gəncə Şəhər Komitəsinin birinci katibi Əlövsət Veysov, AKP MK -nın Muğan zonası üzrə baş koordinatoru, AKP Sabirabad Rayon Komitəsinin birinci katibi Nazim Ağayev, KPİ-Sov. İKP MNTK -nın üzvü, AKP MK MNTK -nın sədri Ələddin Bağırov, AKP Goranboy RK - nın birinci katibi Taleh Əsədov və digərləri çıxış ediblər.

Tədbirin sonunda Azərbaycan KP MK sədri Rauf Qurbanov partiya işində fərqlənən yoldaşları faşizm üzərində qələbənin 70 illik münasibəti ilə RFKP MK-nin təsis etdiyi xatirə medalları ilə təltif edib.

Bununla da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu öz işini yekunlaşdırıb.


Müəllif: