3 Dekabr 2015 16:25
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 3-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Əlaqələrimizin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulandı. Münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif:

Oxşar xəbərlər