5 İyun 2014 15:43
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın xarici işlər naziri Anifah Aman sabah Azərbaycana rəsmi səfərə gəlir. Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər zamanı malayziyalı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.

Görüşlərdə siyasi və iqtisadi əməkdaşlığın perspektivləri, hər iki ölkə üçün maraq kəsb edən digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu malayziyalı nazirin Azərbaycana ilk səfəri deyil. Sonuncu dəfə Anifah Aman ötən ilin iyun ayında Azərbaycanda səfərdə olub.

Xatırladaq ki, Malayziyanın Azərbaycanda səfirliyi bu il açılıb. Səfirliyə müvəqqəti işlər vəkili Harris Bin Alvi rəhbərlik edir.


Müəllif: