16 Dekabr 2015 15:37
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müasir dövrdə dünyada bir çox mənfi tendensiyalar, o cümlədən, dini zəmində qarşıdurmalar yaşanmaqdadır. Azərbaycan dövlətinə isə bu neqativ mənzərə yaddır, Azərbaycan xalqımızın bütün təbəqələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, demokratik, dünyəvi dövlətdir”.

Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycan toleratlığın hökm sürdüyü, milli və dini zəmində qarşıdurmalardan özünü sığortalamış, barış və həmrəyliyin hökm sürdüyü unikal bir ölkə kimi beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Onun sözlərinə görə, Azərbaycan bu sahədə öz sistemli fəaliyyəti ilə sübut edib ki, hər bir dövlətdə tolerantlıq, ayrı-seçkiliyin olmadığı cəmiyyət qurmaq mümkündür və tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur.

“Azərbaycanda multikulturalizm, tolerantlıq həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşayışına imkan verir. Bu gün Azərbaycanda istər xristian icmasının, istər yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla real bərabər imkanlara və bərabər hüquqlara malikdirlər”, – deyə S.Qafarova vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər