14 Yanvar 2016 19:33
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bütün dünyanı ağuşuna alan böhrandan kənarda qala bilməz.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov ABŞ-ın özündə də müəyyən geriləmənin müşahidə olunduğunu bildirib: "Amma başqa ölkələrdə daha çox müşahidə olundu. Böhran dünyanın bütün ölkələrini əhatə edir. Şübhəsiz ki, bu, ölkədaxili proseslərə də təsir edir. Bəzi ölkələr bunu müəyyən mənada sakit qarşılayırlar. Azərbaycan bütün dünyanı ağuşuna alan bu böhrandan kənarda qala bilməz. Sadəcə olaraq, anlamaq, başa düşmək lazımdır. Birlikdə səfərbər olsaq, bu vəziyyətdən tezliklə çıxacağıq. Əslində heç bir problem yoxdur. Ətrafdakıları təşvişə salacaq hərəkətlər etmək lazım deyil".


Müəllif: