17 Fevral 2016 14:43
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb.

Teleqraf. com-un məlumatına görə, bu barədə növbəti plenar iclasda müzakirələr başlayacaq. Məlumatda qeyd olunur ki, parlamentin hazırladığı qərar layihəsində bildirilir ki, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclisin deputatı, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.Layihə fevralın 23-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər