Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bu ölkənin baş naziri Pavel Filiplə görüşüb.
Səfirlikdən verilən məlumata görə, tərəflər Moldova və Azərbaycan arasında münasibətlərin inkişafı aspektlərini müzakirə ediblər. Baş nazir qarşılıqlı etibar, hörmət və dəstək əsasında siyasi, iqtisadi və humanitar dialoqun gələcək inkişafının vacibliyini qeyd edib. P.Filip deyib: “Biz gələcəkdə də Azərbaycanın dəstəyinə ümid edir və ölkələrimiz arasında yaxşı və səmərəli əməkdaşlığa həmişə hazır olduğumuzu nümayiş etdiririk”.
N.Əliyev Moldovanı dəstəkləməklə bağlı Azərbaycanın mövqeyini təsdiqləyib və iki ölkə arasında qida və şərabçılıq sənayesi sahələrində ticari münasibətlərin fəallaşdırılmasının vacibliyini vurğulayıb.
P.Filip və N.Əliyev ticari-iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclaslarının təşkili, habelə mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə ediblər.
Səxavət