Milli Məclisinin xüsusi iclası çağırılıb.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Teleqraf.com-a deyib ki, iclas martın 18-də keçiriləcək. A.Təvəkküloğlu iclasın gündəliyi daxil olan məsələni də açıqlayıb: “İclas “Nüvə materiallarının fiziki mühafizəsi haqqında Konvensiyaya düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi haqqında” məsələ ilə bağlıdır. Sabahkı iclasda yalnız bu məsələ müzakirə ediləcək”.
Nemət