5 Aprel 2016 14:23
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ombudsmanın məruzəsi müstəqil qurumun məruzəsidir. Biz buna qiymət verə bilmərik, amma qiymətləndirməliyik”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, Konstitusiyaya görə, hər kəsin sərbəst hərəkət etmək haqqı var: “Ancaq indi rayon maşınları paytaxta buraxılmır. Xahiş edirəm ki, ombudsman bu məsələyə diqqət etsin”.

Tahir Kərimli ombudsmana təklif edib ki, respublikada baş verən hadisələrlə bağlı vaxtında reaksiya versin. Onun fikrincə, belə reaksiyaların ifadə edilməsi bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı mövqelərinə təsir göstərə bilər.

Millət vəkili həmçinin banklara krediti olan şəxslərlə bağlı yaranan duruma da insan haqları üzrə müvəkkilin təsir etməsini, bu barədə maraqlanmasını təklif edib.

Daha sonra Tahir Kərimli bildirib ki, hazırda Ermənistanın təsirində olan Dağlıq Qarabağdakı ermənilər xalqların öz müqəddəratını təyinetmə haqqının olması arqumentini qoyurlar: “BMT, ATƏT və digər beynəlxalq qurumlar yaxşı bilirlər ki, yalnız o xalqlar dövlət yarada bilərlər ki, tarixdə onların dövləti olsa da, hazırda dövlətləri yoxdur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər