Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi danışıqlara ehtiyac var.
Teleqraf.com-un məlumatına görə, Ştaynmayer söyləyib ki, status-kvo təhlükəsizliyə təminat verə bilməz. Nazir həmçinin vurğulayıb ki, münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunmasını alqışlayır.
Qeyd edək ki, Almaniyanın Xarici işlər naziri bu bəyanatı ATƏT “üçlüyü”nün görüşündən öncə verib. “Üçlüyə” ATƏT-ə sədrlik edən ölkə, eləcə də təşkilatın keçmiş və sonrakı sədrləri daxildir. Hazırda ATƏT-ə Almaniya sədrlik edir. Ötən il Serbiya rəhbərlik edib, 2017-ci ildə Avstriya sədr olacaq.
Nərgiz