"Ən böyük arzum Türkiyə və Azərbaycanı bir dövlət olaraq görməkdir".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə SQ Baş Qərargahının keçmiş rəisi İlker Başbuğ jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Həmişə ürəkdən istədiyim bir şey var. Türkiyə və Azərbaycanı tək dövlət olaraq görmək. Bu, ən böyük xəyalımdır. Bir millət, iki dövlət ifadəsi də boşuna deyilmir. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Amma mümkün deyil. İmkan verməzlər. Kaş ki, şərtlər uyğun olsaydı”, - deyə Başbuğ bildirib.