27 Aprel 2016 12:13
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”.


Teleqraf.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, hər dəfə münaqişənin həll edilməsinə yaxınlaşanda ermənilər təxribata əl atırlar: “Bu proses 10-12 il bundan əvvəl, 2009-2014-cü illərdə də olub. Bu ilin aprelin əvvəllərində ermənilər təxribata əl atdılar. Onlar həmsədr ölkələrin münaqişənin həllində maraqlı olmasını görüb bu yolu seçdilər. Cavablarını da aldılar. Bir neçə gün əvvəl də Serj Sarkisyan müsahibəsində bildirib ki, danışıqlardan imtina edir. Bununla o, öz xalqı üçün pis edir. Azərbaycan beynəlxalq birliyin köməyi ilə torpaqlarını işğaldan azad edəcək”.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər