Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Şirvan Apellyasiya Məhkəməsinin sədrinin Ali Məhkəmənin hakimi təyin edilməsi, o cümlədən, bir sıra hakimlərin yerlərinin dəyişdirilməsi ilə bağlı sənəd müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, iclasda həmçinin, Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Komitəyə daxil olan sənəddə Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimlərinin Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib.
Bunlar İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğludur.
Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Ağa oğlu Əsgərovun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif olunur. Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də təkliflər sırasındadır.
Bütün təkliflər MM-in plenar iclasına tövsiyə olunub.
Nemət