6 May 2016 12:52
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə dəyişiklik müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O, bildirib ki, dəyişikliklər əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda yaşamağa icazə verilməsi halları ilə bağlıdır. Qeyd edilir ki, bu amillərə cavab verən mütəxəssislərə də ölkədə yaşamağa icazə verilir.

Millət vəkili Əflatun Amaşov dəyişiklikləri dəstəkləyib, qeyd edib ki, bu dəyişikliklər əcnəbi mütəxəssislərin Azərbaycana gəlməsinə şərait yaradır: “Gürcüstanda rəsmi məlumata görə, 230 min, qeyri-rəsmi məlumata əsasən 350 mindən çox soydaşımız yaşayır. Minlərlə ailə də var ki, tərəflərdən biri Gürcüstan vətəndaşıdır.

Onlar 3 aydan bir sərhədi keçməli, gələrkən Miqrasiya Xidmətində və ya Asan Xidmətdə qeydiyyata düşməlidirlər. Bunu etməyəndə cərimə edilir və ya ölkəyə girişi mümkün olmur. Hesab edirəm ki, Miqrasiya Xidmətinin gömrük keçid məntəqələrində ofisləri açıla və bu məsələ kompleks həll edilə bilər”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu təklifi qiymətləndirmək və sərhəd keçid məntəqələrində Miqrasiya Xidmətinin müvafiq ofisini açmaq haqda düşünmək olar.

Nemət


Müəllif:

Oxşar xəbərlər