13 May 2016 17:57
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat başqanı Arif Hacılının AXCP ilə birlik istiqamətində danışıqlar üçün Tofiq Yaqubluya tapşırıq verməsi hər iki cəbhədə müzakirələrə səbəb olub.

Vaxtilə İctimai Palata, Milli Şura kimi qurumlarda birgə fəaliyyət göstərən iki partiya arasındakı münasibətlər sonradan gərginləşib, qarşılıqlı ittihamlar irəli sürülüb. Bu səbəbdən ilkin reaksiyalarda bildirilirdi ki, Müsavatla AXCP yenidən əməkdaşlıq etsə də, bu, uzun çəkməyəcək.

Ötən günlərdə Tofiq Yaqublunun təklifi ilə AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP İdarə Heyətinin üzvləri Nemət Əliyev və İlham Hüseynli Müsavat başqanının müavini Elman Fəttah, Divan üzvləri Alya Yaqublu və Nemət Kərimli çay masası ətrafında görüşüblər.

Tofiq Yaqublu görüşdən sonra deyib ki, müzakirələrdən sonra onda ümid bir qədər artıb.
Lakin AXCP Gənclər Komitəsinin sədri, Rəyasət Heyətinin üzvü İlham Hüseynin “Müsavat Partiyası ilə birlik məsələsi gündəmdə deyil, biz daha vacib məsələlərlə məşğuluq” ifadəsi müsavatçılar tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə Müsavat rəhbərliyində təmsil olunan şəxslər AXCP funksionerinin bu fikirləri ətrafında polemikaya başlayıblar.

Müsavat başqanının müavini Elman Fəttah deyib ki, görüşdə hər şeydən danışılıb, heç bir məhdudiyyət olmayıb. Müsavat Qadınlar Birliyinin sədri Alya Yaqublu isə qeyd edib: “Gərək cəbhəçilər Gözəl xanıma bunu yapmayaydılar. O cür mübariz xanımı rəsmən qeyri-ciddilikdə suçladılar”.

Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova isə deyib: “Söhbət əməkdaşlıqdan gedirdi, bunlar niyə birlik həşiri salıblar?”

Kəmalə


Müəllif:

Oxşar xəbərlər