19 May 2016 17:44
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən qonağın şərəfinə Fransa XİN-də işçi nahar təşkil edilib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdirib.

Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə atıla biləcək növbəti addımlar barəsində müzakirələr aparıb.
Tərəflər həmçinin Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini vəd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər