Müsavat Partiyasının üzvü, vaxtilə partiyanın humanitar şöbəsinin müdiri işləyən Səfdər Nehmətli dünən gecə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Teleqraf.com tanınmış ziyalının yaxınlarına istinadən bildirir ki, S.Nehmətlinin səhhətində problem yaranıb və yaxınları onu xəstəxanaya aparıb.
Qeyd edək ki, S.Nehmətli 20 yanvar 1990-cı ildə baş verən qanlı olayın araşdırılması üçün yaradılan komissiyanın üzvü olub, Təhsil Nazirliyində çalışıb. Son illər isə üzvü olduğu Müsavat Partiyasında fəaliyyətinə bir qədər ara verib.
Cavad