“18 yaşına çatmayan insanlara tütün məmulatlarının satılmasına qarşı mübarizə gücləndirilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva deyib.
Q.Paşayeva qeyd edib ki, xəbərdarlıqlara baxmayaraq, satış obyektləri buna əməl etmir: “Azyaşlılar arasında siqaret çəkənlərin sayı artıb. Bu, ölkəmizin gələcəyi üçün çox pis tendensiyadır. Aidiyyatı qurumlar buna qarşı mübarizəni gücləndirməlidir”.
Q.Paşayeva bildirib ki, iyunun 2-də Almaniya Bundestaqında qondarma “erməni soyqırımı” məsələsi müzakirəyə çıxarılacaq: “Görüntü ondan ibarətdir ki, Almaniya Parlamenti bu istiqamətdə müəyyən addımlar atmaq niyyətindədir. Təklif edirəm ki, parlamentlərarası dostluq qrupu müraciət etsin ki, Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür. Belə bir addımın atılması, qondarma soyqırımının tanınması onun etimad məsələsinə xələl gətirə bilər. Hesab edirəm ki, müzakirələrdən əvvəl belə bir müraciəti göndərməklə hansısa müsbət nəticə əldə etmək mümkündür”.
Nemət