UEFA İntizam Komitəsinin iyunun 14-də keçiriləcək iclasında Rusiya yığmasına qarşı bir sıra sanksiyalar qəbul ediləcək.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb ötən gün Fransada keçirilən futbol üzrə Avropa çempionatında İngiltərə-Rusiya oyunu zamanı və oyundan sonra rus fanatların ingilis azarkeşlərə qarşı hərəkəti, eləcə də stadionda iğtişaş yaradaraq irqçi şüarlar səsləndirməsi və pirotexniki vasitələrdən istifadə etməsidir.
Qeyd edək ki, İngiltərə-Rusiya oyunu 1:1 hesabı ilə başa çatıb.