Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilir.
C qrupunda Almaniya və Şimali İrlandiya komandaları qarşılaşıblar.
30-cu dəqiqədə Mario Qomes almanları önə keçirib. Təəccüblü olsa da, bu, oyunda yeganə qol olub.
Qrupun digər oyununda isə Polşa Ukraynanı Blaşikovskinin qolu ilə məğlub edib - 1:0.
Beləliklə, C qrupunda 7 xallı Almaniya birinci, eyni xal toplayan Polşa ikinci, 3 xalla İrlandiya isə üçüncü yeri tutub. Ukrayna 3 oyundan 0 xal və 0 qolla sonuncu olub.