Argentina millisinin yarımmüdafiəçisi Anxel di Mariya Amerika kubokunun finalında oynaya biləcək.
Bu barədə yığmanın baş məşqçisi Xerardo Martino məlumat verib.
O, Esekiel Lavezzi və Matias Fernandesdən başqa bütün futbolçuların finalda Çiliyə qarşı oynamağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Argentina - Çili oyunu bu gecə Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.