1 İyul 2016 08:05
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxıb.

Nitra şəhərindəki İdman Sarayında keçirilmiş görüş millimizin Slovakiya üzərində qələbəsi ilə yekunlaşıb - 3:1.

Bununla da komandamız iyulun 3-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

Yarımfinalda Faiq Qarayevin rəhbərlik etdiyi komanda Yunanıstanı məğlub edib - 3:1, 3:1. Slovakiya isə yarımfinalda Sloveniyadan üstün olub - 3:2, 3:1.

Cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.

Avropa Liqası, Final, ilk oyun

20:00. Slovakiya - Azərbaycan - 1:3 (19:25, 25:18, 22:25, 20:25)

Nitra, İdman Sarayı

Hakimlər: Mirko Yankoviç (Serbiya), Eva Tibor (Macarıstan).


Müəllif:

Oxşar xəbərlər